Təcili: Ruslar Mariupolu aldılar, Putin Şoyquya təşəkkür etdi

  • 21 apr 2022, 12:32
İrəvanda sülh əleyhdarları birləşir - ən tanınmış diplomatın ilginc iddiaları…
Ermənistanda sülh sazişinin əleyhinə olan qüvvələr bir-bir üzə çıxmağa başlayıb. 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olan Vardan Oskanyan da artıq səsini çıxartmağa, bəlkə də sülh əleyhinə olan qüvvələri ətrafında toplamağa başlayıb.
O, son məqaləsində keçmiş prezident Levon Ter-Petrosyanla hazırki baş nazir Nikol Paşinyan arasında belə bir müqayisə aparıb: “Levon Ter-Petrosyan, Laçın istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağın yerinə Dağlıq Qarabağın statusunu sonraya saxlamağı təklif edirdi. Nikol Paşinyan isə statusdan vaz keçərək Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdır”.
Bununla belə, V.Oskanyan Paşinyanın Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir. Oskanyan Paşinyanın beynəlxalq aləmə istinadının yanlış olduğunu belə izah edib: “Tam əksinə, beynəlxalq aləm dağınıqdır, bundan istifadə edib Azərbaycanın xeyrinə addım atılmamalıdır. Bu gün nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imzalanmasından yan keçmək və ondan yayınmaq lazımdır. Çünki bu, Qarabağın Azərbaycanın tərkibində statusunu istər-istəməz möhkəmləndirəcək”.
Yada salaq ki, Suriya əsilli Oskanyan hələ Levon Ter-Petrosyanın prezidentliyi dövründən başlayaraq, uzun müddət Qarabağ danışıqlarında əsas fiqurant olub. Məlumdur ki, Oskanyan həm nazir olduğu dövrdə, həm də sonrakı illərdə Qarabağ məsələsində radikal və güzəştsiz mövqedən çıxış edib.
Belə görünür ki, Ermənistanda revanşist qüvvələr hər vasitə ilə Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı toparlanmağa, bəlkə də bir hərəkatda birləşmək niyyətindədirlər. Mümkündür ki, rusiyapərəst qüvvələr də bu prosesi əngəlləməyə çalışdıqları üçün bütün resursları səfərbər edib sülh prosesini pozmağa çalışısınlar. Onları ən çox narahat edən məqam Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı ilə bağlı verdiyi vəddir. Oskanyanın “beynəlxalq aləmdə dağınıqlığa” istinad edərək, bundan Ermənistanın maraqlarına istifadə etməyə çağırması da diqqət çəkir. Demək, revanşist qüvvələr hesab edirlər ki, hazırkı beynəlxalq vəziyyətdən istifadə edərək, “nəyin bahasına olursa-olsun” sülh müqaviləsinin imzalanmasından yayınmaq mümkündür.
Ermənilər Azərbaycan polisini və əsgərini Xankəndidə gözləyirlər
Ermənistan iqtidarında “ölkənin sülhdən başqa yolu və xilası yoxdur” düşüncəsi hakim kəsildikcə, sülh sazişinə doğru addımladıdıqca, erməni xalqında pessimist ovqat da artır. Erməni cəmiyyəti rəsmi Bakının Qarabağda vəziyyəti tam nəzarətə alacağı əndişəsi altındadır. Bu səbəbdən baş nazir Nikol Paşinyana təzyiqləri artırıblar. Qarabağda 44 günlük müharibə zamanı həlak olan 19 erməni hərbçinin valideynləri Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbilə Ermənistan Baş Prokurorluğuna müraciət edib. "Baş nazirin açıqlamaları 2020-ci ildə Qarabağda hərbi əməliyyatların onun əli ilə başladığını düşünməyə əsas verir. Görünən odur ki, Paşinyan əvvəlcədən ehtimal edərək və nəticələrini bilərək bu addımı atıb. Bundan başqa, onun hərəkətsizliyi, öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı genişmiqyaslı müharibəyə sövq etdi. Hərbçilərin valideynləri təzyiq göstərəcək ki, iş açılsın və Baş nazir məsuliyyətə cəlb olunsun”.
Siyasi şərhçi Razmik Akopcanyanın qeydləri də erməni cəmiyyətinin ovqatını əks etdirir: Onun yazdıqlarına diqqət edək: “Hazırda hər şey Azərbaycanın əlinə oynayır. Siyasi proseslər, Avropanın qaz asılılığı... İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividendlər yığdı.
“Moskva” kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qaldı. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan Ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndidə öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq”.
Ermənistan cəmiyyətində yaranan bədbinlik göz önündədir və xaotik müqavimət mərkəzlərinin yaranması da bu pessimist əhvaldan doğur. Rus sülhməramlılarının orada olması müəyyən dövrdə ermənilərdə bir az ümid yaratsa da, siyasi şərhçinin yazdıqlarından da məlum olur ki, artıq onlar Rusiyadan da əllərini üzüblər. Yeganə yol Azərbaycan polisinə və əsgərinə sığınmaqdır.
Bu və gündəmdəki bir çox mövzuları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da izləyin. Qonaqlarımız AXP sədri Pənah Hüseynlə siyasi şərhçi-yazar Taleh Şahsuvarlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Oxşar xəbərlər