Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » ŞOK İDDİA: "Şoyqu infarkt keçirib, 20-yə yaxın general qandallanıb"
ŞOK İDDİA: "Şoyqu infarkt keçirib, 20-yə yaxın general qandallanıb"
- 14 apr 2022, 19:00
Rusiyanın müdafiə naziri Sergey Şoyqu son günlər görünmür.
Dünən Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ müdafiə naziri Lloyd Ostinin Şoyqu və Baş Qərərgah rəisi Valeri Gerasimovla əlaqə qurmaq cəhdləri alınmır.
“Son cəhdin nə vaxt olduğunu bilmirəm. Məncə, bu yaxınlarda, olub. Və yenə də ruslardan heç bir cavab olmadı”, – Kirbi deyib.
Ukrayna və Qərbin bəzi media orqanları nazirin səhhətində ciddi problemlər olduğunu, bu səbəbdən aktiv fəaliyyət rejimindən kənarlaşdırıldığını yazıb. Bu xəbərlərdən sonra S.Şoyqu Kreml rəhbəri V.Putinin keçirdiyi müşavirədə görünsə də, sonradan yenə "qeybə çəkilib".
“YUKOS” neft şirkətinin keçmiş ortağı Leonid Nevzlin öz bloqunda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun infarkt keçirdiyini bildirib.
“Şoyqu oyundan kənarda qalıb, sağ qalsa, bəlkə də, əlil olacaq. Qəfildən geniş infarkt keçirdi, reanimasiyadadır, cihazlara qoşulub. İnfarktın təbii səbəblərdən baş vermədiyi deyilir”, - deyə Nevzlin “Twitter”də qeyd edib.
Leonid Nevzlin həmçinin vurğulayıb ki, Rusiyada Müdafiə Nazirliyinin 20 generalı həbs edilib. O, həbslərin nazirlikdə yeyinti ilə bağlı olduğunu bildirib: “2014-cü ildən bəri Putinin blitskriq hazırlamaq üçün ayırdığı təxminən 10 milyard dollar oğurlanıb”.
![]()
Xatırladaq ki, ötən həftə V.Putin Ukraynada döyüşən ordu hissələrinə Çeçenistan və Suriya müharibələrində qəddarlığı ilə ad çıxarmış general-leytenant Aleksandr Dvornikovu komandan təyin edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident "Media haqqında" qanunu təsdiqlədi - Tam Mətn
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Bir türk generalı Rusiya ordusuna necə rəhbər gətirildi
Mir Şahinin vaxtı: Gəncədə 2018-ci ilin iyul terroru ilə bağlı YENİ FAKTLAR - VİDEO
Rusiyanın müdafiə naziri bu gün Bakıya gəlir
İlham Əliyev və xanımının Cəbrayıl və Zəngilana səfəri məhsuldar olub - (Foto+Video)
ABŞ-ın Ukraynadakı biosirləri - Müharibənin başlanmasına səbəb budurmu?
Əli Həsənov: “İlham Əliyev heç vaxt imkan verməyəcək...”
Enerji təhlükəsizliyi siyasətimiz yeni mərhələdə
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti