Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » Nüvə silahı daşıyan iki Rusiya təyyarəsi İsveçin hava məkanını pozdu
Nüvə silahı daşıyan iki Rusiya təyyarəsi İsveçin hava məkanını pozdu
- 31 mart 2022, 13:18
Martın 2-də nüvə silahı ilə təchiz edilmiş iki Rusiya təyyarəsi Qotland yaxınlığında İsveç hava məkanını pozub.
Qaynarinfo xəbər verir ki, bu barədə İsveçin TV4 telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, qanun pozuntusu İsveçi qorxutmaq üçün qəsdən atılan addımdır.
Martın 2-də Rusiyanın Kalininqraddakı aviabazasından bir qrup təyyarə havaya qalxıb. Dörd təyyarəni - iki Su-24 tipli hücum təyyarəsini iki Su-27 qırıcısı müşayiət edib. TV4 Nyheter mənbələrinə görə, iki hücum təyyarəsi nüvə silahı ilə təchiz edilmiş olub.
Ukraynadakı müharibə ilə əlaqədar İsveç Hərbi Hava Qüvvələri hazırlığını artıraraq rus pilotlarının Qotlanda doğru getdiyini əvvəlcədən bilib.
İsveçin hava məkanının pozulması təxminən bir dəqiqə davam edib. Buna cavab olaraq ölkənin hərbi hava qüvvələri iki JAS 39 Gripen qırıcısını qaldırıb. İsveç mediası bildirir ki, həmin vaxt Rusiya təyyarələrinin nüvə başlıqları ilə təchiz olunduğu təsdiqlənib.
İsveç Silahlı Qüvvələri iki hücum təyyarəsinin nüvə silahı ilə təchiz edilib-edilməməsi ilə bağlı şərh verməsə də, pozuntunun qəsdən törədildiyinə inandığını açıqlayıb.
"Biz bunu şüurlu bir hərəkət kimi qiymətləndiririk. Bu, çox ciddidir, xüsusən də müharibə edən ölkə olduqları üçün", - Hərbi Hava Qüvvələri komandanı Karl-Johan Edström bildirib.
Rusiya İsveçin, eləcə də Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə cəzalandırmaqla hədələyib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
Prezident "Media haqqında" qanunu təsdiqlədi - Tam Mətn
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
Rusiya-Amerika gərginliyi nüvə qarşıdurması ilə nəticələnə bilərmi?
Azərbaycan F-16 və “Saab” qırıcıları ilə maraqlanır
Putinin “rus ruleti” Rusiyanı vurur: Kreml NATO ilə savaşa cəsarət edəcəkmi?
Türk tarixinin gizlədilmiş səhifələri - Herakl, Adəm və
Azərbaycanlı gənc 81 nəfəri necə öldürdü? – FOTO
Dünyanın ən bahalı prezident təyyarələri…
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti