Sergey Şoyqu üzə çıxdı

  • 24 mart 2022, 22:59
Bir müddətdir ki, yeri məlum olmayan Rusiyanın müdafiə naziri Sergey Şoyqu 12 gündən sonra üzə çıxıb.
Şoyqu Təhlükəsizlik Şurasının iclasına qatılıb. Şoyqunun yoxa çıxması müxtəlif şayiələrə səbəb olsa da, bir çoxları Ukraynadakı uğursuzluğa görə Şoyqunun işdən çıxarıldığını iddia edirdi. Bəziləri isə müdafiə nazirinin səhhətində problemlər olduğu qənaətində idi. Kremlin sözçüsü Dmitri Peskov Təhlükəsizlik Şurasının iclasından sonra Rusiya mətbuatına açıqlama verərək, Şoyqunun Prezident Vladimir Putinə əməliyyatlarla bağlı hesabat təqdim etdiyini bildirib.
"Müdafiə naziri Soyqu xüsusi hərbi əməliyyatın gedişi, habelə humanitar yardımın çatdırılması, azad edilmiş ərazilərdə həyati vacib infrastrukturun bərpası və təhlükəsizliyin təmin edilməsi barədə məlumat verib", - Peskov deyib.
Oxşar xəbərlər