Vladimir Zelenski: “Kiyevin mühasirəyə alınmasından qorxmuram"

  • 10 mart 2022, 16:12
Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin rus qoşunları tərəfindən tam həlqəyə alınmasından qorxmadığını söyləyib.
Demokratik.az xarici agentliklərə isitnadən xəbər verir ki, o, bu barədə Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibədə danışıb.“Mən Kiyevi mühasirəyə alacaqlaırndan qorxmuram. Qorxmağa başqa nə qaldı ki... Mən qorxmamalıyam, sakitliyimi qoruyuram. Hazırkı dəhşətdən dəhşətli nə ola bilər ki? Bundan pis nə baş verə bilər? Mənim ölkəm üçün, onların ölkəsi üçün? - deyə o, bildirib.
Prezident Zelenskiyə görə, onsuz da ola biləcək ən pis şey artıq baş verib. “Artıq müharibədəyik. Rusiya Ukraynaya qarşıdır. Bir çox insan həlak olub. Ölkə dağılır. Övladlarını itirmiş insanların başına daha pis nə gələ bilər?”-deyə o, danışıb.
“Biz gələcəyə inanırıq, təslim olmayacağıq v öz torpağımızı satmayacağıq”,- deyə Ukrayna prezidenti hər kəsə belə bir mesaj verib.
Oxşar xəbərlər