Fransa Rusiya-Ukrayna danışıqlarının əsas şərtini AÇIQLADI

  • 03 mart 2022, 21:22
“Ukraynada atəşkəs Kiyev və Moskva arasında danışıqlara başlamaq üçün əsas şərtdir”.
Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.
“Atəşkəs olmadan real danışıqlara keçmək mümkün deyil”, – deyə o “France 2” telekanalının efirində vurğulayıb.
Eyni zamanda, Le Drian Ukrayna böhranının aradan qaldırılmasında Fransanın vasitəçilik rolunu qeyd edib:
“Vəziyyətin ciddiliyinə baxmayaraq, biz Rusiya ilə dialoq kanallarını saxlamalıyıq”.
Fransa Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Ukrayna və Rusiya liderlərinin birbaşa danışıqlara getmədiyi vəziyyətdə bu, daha vacibdir. (oxu.az)
Oxşar xəbərlər