Gəncədən XİN-ə MÜRACİƏT: "Qohumlarımız Odessada gülləbaran edilib, səfirliklərimiz öldürülənlərə və yaralılara sahib çıxsın!"

  • 28 fev 2022, 17:38
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü və iki ölkə arasındakı müharibə dinc əhaliyə də xeyli ziyan vurub. Hərbi qarşıdurmalarda Ukraynanın bir sıra şəhər və rayonlarında yaşayan insanlar da qətlə yetiriliblər. Zərərçəkmişlər arasında Azərbaycanlılar da var.
"Demokratik.Az"-a daxil olan məlumata görə, fevralın 26-dan 27-nə keçən gecə Ukraynanın Odessa şəhərində yaşayan bir neçə ailə Moldova Respublikasına keçmək istəyərkən Kuçurqan Gömrük keçid məntəqəsi ərazisində öz avtomobillərilə hərəkətdə olarkən hərbi geyimli silahlı şəxslərin qəfil hücumuna məruz qalıblar. Bir neçə maşında olan Azərbaycanlılara hücum edən şəxslər odlu silahdan - avtomatdan istifadə ediblər.
Həmyerlilərimizə açılan çoxsaylı atəş nəticəsində vətəndaşlar - İsmayılov Rəhim Əli oğlu və qardaşı Nemət, eləcə də yaxın qohumları Əlizadə Azər Rəhim oğlu hadisə yerindəcə dünyalarını dəyişiblər. Hadisənin başvermə anı arxa maşındakı videoregistratorla qeydə alınıb.
Maşınlarda olan digər Azərbaycanlılar - İsmayılov Süleyman Nemət oğlu, Salmanov Camal Mirzənəsir oğlu, Məmmədova (Salmanova) Sevinc Rafiq qızı və digərləri isə ağır güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Yaxınlarının Demokratik.Az-a verdiyi məlumata görə, yaralıların vəziyyəti çox ağırdır, hətta onlardan biri hazırda komadadır.

Silahlı hücuma məruz qalan İsmayılovların Gəncədə yaşayan qardaşı Qaçay İsmayılov bildirir ki, mərhum yaxınlarının nəşinin Ukraynadan Azərbaycana gətirilməsi üçün çalışırlar. Lakin, Ukraynadakı hərbi vəziyyətlə əlaqədar istəklərinin reallaşdırılması onlar üçün çox çətindir. Eləcə də, yaralı yaxınlarının müalicəsi, sağlıq durumları, bu vəziyyətdə çarəsizlikləri onları narahat edir.

Hazırda Ukraynadan Azərbaycana gəlməyə çalışan, hadisədə zərər görən Məmmədovlar ailəsinin Gəncədəki yaxınları - Məmmədov Fazil Cəlal oğlu, Məmmədov Vaqif Kərim oğlu və Tağıyev Rövşən Yaqub oğlu da Azərbaycanın Xarici İşlər Nazirliyindən, Ukraynadakı səfirliyimizdən və ölkəmizin Moldovadakı səfirliyindən hadisəyə reaksiya verməyi, baş verənləri araşdırmağı və qohumlarının Azərbaycana gəlmələrinə müvafiq köməklik göstərilməsini xahiş edirlər. 

Demokratik.Az yaxınlarının xahişi ilə əslən Kəlbəcərdən olan, hazırda Ukraynanın Odessa şəhərində köməksiz vəziyyətdə qalan digər soydaşlarımızın da ad-soyadlarını təqdim edir:

İsmayılov Süleyman Nemət oğlu;
İsmayılov Nicat Nemət oğlu;
İsmayılova Kəmalə İslam qızı;
İsmayılov Sofu Əli oğlu;
İsmayılov Tapdıq Əli oğlu;
İsmayılov Vüsal Tapdıq oğlu;
İsmayılova Aygün Tapdıq qızı;
İsmayılova Tovuz Tapdıq qızı;
İsmayılova Rəsmiyyə Məhəmmədəli qızı;
İsmayılov Hüseyin Sofu oğlu;
İsmayılov Tural Sofu oğlu;
İsmayılov Turan Sofu oğlu;
İsmayılova Rübabə Sabir qızı;
İsmayılova Sevda İsrail qızı;
Tağıyev Ravin Rövşən oğlu;
Tağıyeva Qaragöz Rəsul qızı;
Tağıyev Yaqub Ravin oğlu;
Tağıyev Yusif Ravin oğlu;
Tağıyev Tacir Rövşən oğlu;
Tağıyeva Yazgül Rəsul qızı;
Tağıyev Niyazi Rövşən oğlu;
Tağıyev Eltac Rövşən oğlu;
Mamedov Rafiq Calal oğlu;
Mamedov Zabil Calal oğlu;
Mamedova Yaxşı Əli qızı;
Mamedova Sima Rafiq qızı;
Salmanova Sevinc Rafiq qızı;
Mamedova Ruhanə Qurban qızı;
Mamedov Ramal Zabil oğlu;
Mamedova Aytac Zabil qızı;
Mamedov Yusif Zabil oğlu;
Mamedov Sabit Vaqif oğlu;
Mamedova Rahilə Bilman qızı;
Mamedov Röyal Sabit oğlu;
Mamedov Ruslan Sabit oğlu;
Mamedova Jalə Sabit qızı;
Mamedov Rasif Məhəmmədəli oğlu;
Mamedova Almaz Ağamməd qızı;
Mamedov Məhəmmədəli Rasif oğlu;
Mamedova Dilarə Rasif qızı;
Mamedov Elçin Rizvan oğlu

"Demokratik.Az" saytı olaydan təəssüf hissi keçirir, mərhumlara allahdan rəhmət, yaralılara sağlıq, yaxınlarına səbr diləyirik.
İnanırıq ki, Azərbaycanın XİN rəhbərliyi, eləcə də Ukraynada və Moldovadakı səfirliyi sözügedən vətəndaşlarımızın çağırışına səs verəcək, hadisə zamanı həlak olmuş soydaşlarımızın nəşinin Azərbaycana gətirilməsi təmin ediləcək.

Demokratik.Az
Oxşar xəbərlər