Xarkovda əsir düşən erməni oğru olduğunu deyib- VİDEO

  • 26 fev 2022, 22:23
Xəbər verdiyimiz kimi bu gün Ukraynanın Xarkov şəhərində hərbçilər Rusiya diversantı olan Ermənistan vətəndaşını saxlayıblar.
Onun üzərindən Ermənistana aid sənəd-hərbi bilet çıxıb. Əsir düşən erməni ilə bağlı video yayılıb. Videoda qeyd edilir ki, 32 yaşlı Tiqran Ukraynadakı müharibədən istifadə edərək həm də oğurluqla məşğul olurmuş.
“Mən öz səhvimi boynuma alıram, başa düşürəm ki, düzgün hərəkət etməmişəm. Çox peşmanam və Ukrayna millətinə hörmət edirəm”, - erməni əsir videoda deyib.

Qeyd edək ki, Ukrayna hərbçiləri xeyli sayda casus və təxribatçını əsir götürüb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə ölkə əhalisinə müraciət edərək Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb. Putin ukraynalı hərbçiləri dərhal silahlarını yerə qoymağa və evlərinə getməyə çağırıb. Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir. Rusiya prezidenti həmçinin xarici ölkələrə müraciətlə söyləyib ki, "Kim kənardan qarışsa, elə cavab verəcəyik ki, belə cavabı tarixinizdə heç vaxt görməmisiniz. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!".

Donbasla bağlı qərar verilməsinə baxmayaraq rus hərbçiləri bir sıra Ukrayna ərazilərinə daxil olub. Artıq bir neçə gündür ki, Ukraynanın əksər bölgələrində ağır döyüşlər gedir. Kiyev ətrafında hərbi əməliyyatların aparılmasına dair görüntülər yayılsa da, ölkə rəhbərliyi paytaxta tam gücüylə nəzarət etdiklərini, diversantların qarşısını aldıqlarını bəyan edirlər.

Oxşar xəbərlər