Ukraynada müharibənin simvoluna çevrilən qadın kimdir?

  • 25 fev 2022, 20:57
Ötən gün Ukraynada yaralanan Olena Kurilo adlı qadının fotosu bir günün içində dünya xəbər saytlarının manşetinə və müharibənin simvoluna çevrilib.
Axar.az xəbər verir ki, 52 yaşlı Kurilo AFP xəbər agentliyinə müsahibə verib.
Ukraynanın şərqindəki Çuquev şəhərində müəllim işləyən Kurilo partlayışdan sonra şüşə qırıqlarından xəsarət alıb. Üzü qan içində, başında sarğı olan müəllimin görüntüsü hər kəsi sarsıdıb.
“Mən pedaqoqam. Müharibə haqqında şeirlər yazdıq, tarix kitablarında oxuduq, amma heç düşünmədik ki, bizim torpaqda belə bir şey ola bilər. Nə qapı, nə pəncərə, hətta evimin döşəməsi tamamilə dağılıb. Həyatda qaldığım üçün şanslıyam. Sadəcə şokdayam, amma ağrı hiss etmədim. Ukrayna üçün əlimdən gələni etməyə davam edəcəyəm. Bütün yaşadıqlarıma baxmayaraq, ayağa qalxıb gedəcəyəm, hər zaman ölkəmin yanında olacağam”, – Kurilo bildirib. 
Oxşar xəbərlər