Şevçenko: "Xalqım və ailəm təhlükədədir"

  • 25 fev 2022, 11:11
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra idman dünyasından da sərt reaksiyalar gəlməyə davam edir. 
Musavat.com xəbər verir ki, "Milan" futbol klubunun keçmiş futbolçusu Andrey Şevçenko da ölkəsində yaşanan vəziyyətlə bağlı dünyaya çağırış edib. Ukraynalı eks futbolçu ailəsinin və xalqının təhlükədə olduğunu bildirib.
"Xalqım və ailəm təhlükədədir. Ukrayna və onun əhalisi sülh və torpaqlarının bütövlüyünü istəyir",  - Şevçenko qeyd edib.
Oxşar xəbərlər