NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək

  • 17 fev 2022, 00:21
NATO-nun müdafiə nazirləri Rumıniyada yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.
APA TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, - deyə Stoltenberq bildirib.
Gələcək döyüş qruplarının konfiqurasiyası və onların qalma müddəti ilə bağlı suala isə Baş katib belə cavab verib:
“Son qərar hələ verilməsə də, Rumıniya NATO-nun döyüş qrupunu qəbul edib. Biz bunu müsbət qarşıladıq və indi hərbi qərargahımızın tövsiyələrini gözləyəcəyik”.
Oxşar xəbərlər