Demokratik TV
Xəbər lenti
Bayraktarın şirkətində azərbaycanlı mühəndislər də işləyir
- 11 fev 2022, 20:40
Hazırda "Baykar Makina" hərbi sənaye sahəsində dünyada ilk üçlükdə yer alan marka bir şirkətdir. Təxminən bu şirkətdə 3 mindən çox mühəndis işləyir. Dünyanın hər tərəfindən Baykar Makina şirkətində işləyən gənclər var. Həmin mühəndislər arasında azərbaycanlı qardaşlarımız da fəaliyyət göstərir.
Bunu Trend-in suallarını cavablarkən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı deyib.
C.Bağcı qeyd edib ki, Teknofest yeni fikirlərin kəşf edilməsinə şərait yaradan bir yerdir. Bu baxımdan Baykarın Azərbaycanda yeni layihələrə investisiya qoymaq istəyi texnologiyanın inkişafına da yeni bir nəfəs gətirəcək.
"Bu addım həm də gənclərin texnologiyaya marağının artmasına və bu sahənin Azərbaycanda çiçəklənməsinə töhfə verəcək. Səlcuq Bayraktar və komandasının bu mövzuları daha dərindən müzakirə etmək üçün Bakıya gələcəyini bilirik. İlk olaraq Azərbaycanda Texnologiya Kəndi qurulması üçün univesistetlərlə iş birliklərinin olacağı gözlənilir. Yəni, proqram təminatı və istehsalda texniki infrastruktur da tələb olunur ki, bununla əlaqədar olaraq gənclərə ilk öncə nəzəri və praktiki baxımdan universitetlərdə dərslər keçirilməlidir. Yaxın zamanda bu mövzularla əlaqədar ilkin müjdələri Səlcuq Bayraktardan eşidəcəyik", - deyə o əlavə edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
4 il öncənin aprel döyüşlərini UNUTMAYAQ!
"AKINCI" PUA-ların MÜDHİŞ İMKANLARI - Səlçuk Bayraktar açıqladı
Prezident 90-a yaxın kəndi sevindirdi
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
Prezident Hökuməti topladı
Prezident İlham Əliyev: “Azərbaycan güc amilinə çevrilir“ - MÜSAHİBƏ
“ATU rektoruna ŞOK FETÖ suçlaması: - Prezidentə müraciət
Əli Həsənov: “İlham Əliyev heç vaxt imkan verməyəcək...”
"Akif Süleymanov Texnologiya Universitetini Ata mülkü kimi istifadə edir"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti