Xəbər lenti
Bütün xəbərlər

Aİ sammiti Kişinyovda olacaq

  • 22 may 2015, 20:15
Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin növbəti sammiti 2017-ci ildə Kişinyovda keçiriləcək.

Demokratik.Az-ın məlumatına görə, bunu Riqada keçirilən sammitdə iştirak edən Moldova nümayəndə heyəti təklif edib.

Şərq Tərəfdaşlığı Sammiti iki ildən bir təşkil olunur və Moldova Avropa İttifaqı ilə asosasiya sazişi imzalamış 6 ölkədən biridir. Ümumiyyətlə, "Şərq Tərəfdaşlığı” proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, və Belarus daxildir. Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə asosasiya sazişi imzalayıb.

Ekspertlərin fikrincə, yaxın perspektivdə Moldovanın Avropa İttifaqına daha da yaxınlaşnması regionda gərginliyi artıracaq. Çünki rəsmi Kişinyovun bu addımı Rusiyanın qəzəbinə tuş gələ bilər.

Xatırladaq ki, Belarus, Ermənistan isə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqına qoşulub.
Oxşar xəbərlər