Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçirib

  • 24 yan 2022, 14:37
Burkina-Fasoda hərbçilər ölkə idarəçiliyini üzərlərinə götürdüklərini elan ediblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hərbçilər açıqlama yayıblar.
Onlar keçid hökuməti yaradacaqlarını bildiriblər. Hərbi rəhbərlik Burkina-Fasonun beynəlxalq öhdəliklərinə sadiq qalacaqlarını açıqlayıblar.
Qedy edək ki, yanvarın 24-də Burkina-Fasoda hərbi çevriliş olub. Onlar ölkə Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıblar.
Oxşar xəbərlər