Demokratik TV
Husilər Səudiyyə Ərəbistanına ballistik raket atıblar

Trend xəbər verir ki, bu barədə məlumatı Al Arabiya telekanalı yayıb.
Bildirilir ki, bu, husilərin sənaye zonasında mülki şəxslərə üçüncü hücum cəhdidir. Raket hücumu nəticəsində Sudan və Banqladeş vətəndaşı olan iki nəfər yüngül xəsarət alıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası məlumat verib ki, krallığın hava hücumundan müdafiə sistemləri "Ənsar Allah" nümayəndələrinin Yəmənin şimal-qərbindəki Əl-Cəvf əyaləti ərazisindən havaya qalxan iki PUA ələ keçirib və məhv edib.
