Almaniyanın müdafiə naziri İraq Kürdüstanına səfər edib

  • 10 yan 2022, 23:27
Almaniyanın müdafiə naziri Kristina Lambrext yanvarın 9-da İraq Kürdüstanına səfər edib.
Bu barədə «Rudaw» kürd agentliyi xəbər verib.
Kristina Lambrext İraq Kürdüstanının Prezidenti Neçirvan Bərzani ilə danışıq aparıb. Danışıqların gedişində tərəflər ikitərəfli münasibətləri və əməkdaşlığı, həm də «İslam dövləti» ilə mübarizəni müzakirə ediblər.
Bərzani və Lambrext razılaşıblar ki, «İslam dövlətinin» terrorçu fəaliyyəti sabitliyi, Avropanın və Qərbin təhlükəsizliyini təhdid edir.
Öz səfərinin səbəblərindən danışarkən, Lamrext bəyan edib: «Mən, bu bölgəyə ona görə gəlmək qərarı verdim ki, göstərmək istədim, terrorçuluqla müabrizə, İD ilə mübarizə - bu, yalnız bölgəyə təsir göstərən mübarizə deyil, həm də Avropaya və Almaniyaya təsir göstərir».
Alaniyanın müdafiə naziri həm də İraq Kürdüstanının İD ilə mübarizədə töhfəsini yüksək qiymətləndirib.
Qeyd etmək lazımdır ki, İraq dövlətinin rəhbərliyini bir kənarda qoyaraq, almaniyalı nazirin kiçik bir muxtariyyətin rəhbərliyi ilə yüksək səviyyədə görüş keçirməsi haqlı sualların meydana çıxmasına səbəb olmaya bilməz.
Oxşar xəbərlər