GƏLİŞMƏ! Rusiya Qazaxıstanın strateji obyektlərinin mühafizəsini nəzarətə götürür

  • 09 yan 2022, 15:02
Rusiya Müdafiə Nazirliyinin aviasiya qrupu KTMT-nin Qazaxıstandakı missiyasında iştirak edən rusiyalı hərbçilərin hava ilə daşınmasını davam etdirir.
Bu barədə nazirliyin məlumatında deyilir. Qeyd edilir ki, desantçılar artıq aerodromları, sosial infrastrukturu və digər həyati əhəmiyyətli obyektləri mühafizə etməyə başlayıblar.

“Hava-desant bölmələri hərbi-nəqliyyat təyyarələrini Rusiyanın aerodromlarından daşıyıb, yükləri boşaltdıqdan sonra konvoy yerləşdirilmə məntəqələrinə yürüş edib, burada vəziyyət aydınlaşdırıldıqdan sonra KTMT sülhməramlı qüvvələrinin Rusiya kontingentinin hərbi qulluqçuları tapşırıqları yerinə yetirməyə başlayıblar”, - deyə nazirliyin məlumatında bildirilir.
Oxşar xəbərlər