İranda bir-birinin ardınca iki zəlzələ baş verib, ölən var - YENİLƏNİB

  • 14 noy 2021, 18:06
İranın cənubundakı Hörmüzqan əyalətində 6,3 bal gücündə ikinci zəlzələ baş verib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində olan yeraltı təkanlar saat 15:37-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.
Yerli mətbuatda yer alan xəbərə görə, zəlzələ zamanı elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
Qeyd edək ki, bundan əvvəl yeraltı təkanlar saat 15:36-da qeydə alınıb.
Eyni bölgədə baş verən 6,4 bal gücündə zəlzələdən 1 dəqiqə sonra baş verən zəlzələdən ətraf əyalətlərin də zərər çəkdiyi bildirilib.
***
16.34
İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Oxşar xəbərlər