Kişinyovda 8 noyabr ZƏFƏR GÜNÜnə həsr olunmuş barelyefin açılışı olacaq

  • 07 noy 2021, 22:35
Sabahkı möhtəşəm ZƏFƏR tədbiri bütün dünya Azərbaycanlıları üçün əlamətdar və sevindirici anılarla yadda qalacaq. "Demokratik.Az"-ın məlumatına görə, bu münasibətlə Moldovanın paytaxtı Kişinyovda da 8 noyabr Zəfər gününə həsr olunmuş barelyefin açılışı olacaq. 
8 noyabrda saat 12.00-də (Bakı vaxtı ilə saat 14.00-də) Kişinyovda Azərbaycanın Səfirliyinin qarşısındakı Azərbaycan guşəsində 8 noyabr Zəfər gününə həsr olunmuş barelyefin təntənəli açılış mərasiminin keçiriləcəyi barədə rəsmi xəbər artıq yayılıb. 

Barelyefin üzərində zəfərin rəmzi olan “Dəmir yumruq” və sülhün rəmzi olan - “Xarı bül-bül” əks olunub. Həmçinin barelyefdə üç dildə - azərbaycan, rumın və ingilis dillərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!" devizi və "Biz bundan sonra qalib ölkə və müzəffər xalq kimi əbədi yaşayacağıq” sözləri yazılıb.  Bundan başqa “Dəmir yumruğun” altında üç dildə “Bizim birliyimiz-bizim gücümüzdür” şüarı əks olunub. 
Açılışda rəsmi şəxslərin, Moldovada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət xadimlərinin, Azərbaycan diasporunun üzvlərinin və yerli KİV nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirə hazırlıqda Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun şəxsi davranışları və sadə vətəndaşların sırasında əsl vətənpərvər davranışı da təqdirəlayiqdir.

Demokratik.Az

Oxşar xəbərlər