Şimali Makedoniyanın baş naziri istefa verib

  • 01 noy 2021, 09:35
Şimali Makedoniyanın baş naziri Zoran Zaev tutduğu vəzifədən getdiyini və hakim Makedoniya Sosial Demokrat İttifaqı Partiyasının rəhbəri postunu tərk etdiyini bildirib.
Musavat.com Report-a istinadən xəbər verir ki, siyasətçinin açıqlaması partiyanın feysbuk səhifəsində yayımlanıb.
“Mən Makedoniyanın baş naziri və Sosial Demokrat İttifaqının sədri vəzifəsindən istefa verirəm”, - o deyib. “Fəxr edirəm ki, biz ölkəni NATO blokuna daxil etmişik”, - siyasətçi əlavə edib.
Zayevin istefa bəyanatı Şimali Makedoniyada müxalifətin uğur qazandığı bələdiyyə seçkilərinin nəticələrinə yekun vurulduqdan sonra verilib.
Oxşar xəbərlər