Alimlərdən xəbərdarlıq - dözülməz istilər yaxınlaşır

  • 30 okt 2021, 12:56
Alimlər hesab edir ki, tezliklə qlobal istiləşmə Yer kürəsində həyatı dözülməz hala gətirəcək.

"Report” xəbər verir ki, bu barədə "Phys.org” saytı məlumat yayıb.

Mütəxəssislərin fikrincə, insanlar artıq ABŞ-dakı Ölüm vadisindən Yaxın Şərqə və Hindistandan Böyük Səhraya qədər son dərəcə narahatedici temperaturlar yaşayır və heç bir tədbir görülməsə, planetin digər yerlərində vəziyyət daha da pisləşəcək.

İqlim üzrə ekspert Zik Hausazer bildirib ki, istiləşmə ekstremal hadisələrin daha tez-tez baş verməsinə səbəb olacaq. Belə ki, bu yay Kaliforniyanın Ölüm vadisində temperatur selsi üzrə 54,4 dərəcəyə çatıb. Bu, Yer kürəsində müasir alətlər tərəfindən qeydə alınan ən yüksək göstəricidir. Məqalədə deyilir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası 2021-ci ilin iyulunun tarixin ən isti il olduğunu bildirib.
Oxşar xəbərlər