“Time” jurnalı Mark Zukerberqi lağa qoydu

  • 08 okt 2021, 21:02
“Facebook”un rəhbəri Mark Zukerberq ABŞ-ın məşhur “Time” jurnalında lağa qoyulub.
Bununla bağlı nəşr sosial şəbəkədə video paylaşıb.
Kadrlardan görünür ki, jurnalın üz qabığında şirkət rəhbərinin simasında balaca pəncərə açılır.
Orada ““Facebook”u silmək?” təklifinə “Çıxmaq” və “Silmək” variantları verilir.
Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər oktyabrın 4-də təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub. “Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberg isə təxminən yeddi milyard dollar pul itirib.
Onu da qeyd edək ki, “Facebook”dakı nasazlıqdan sonra “Twitter”, “Google”, “Amazon”  “YouTube”, “Viber”, “Tinder”, “Netflix”, “Zoom” və “Snapchat”ın da işində nasazlıqlar yaranmışdı.
Mənbə: 360 TV
Oxşar xəbərlər