Böyük Britaniya nüvə arsenalını Şotlandiyadan çıxarır - İDDİA

  • 02 sen 2021, 15:19
Böyük Britaniya nüvə raketlərinə malik sualtı qayıqlarını Şotlandiyadan çıxarır.
Bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.
Qəzetin informasiyasına əsasən, rəsmi London bu addımı Şotlandiyanın ayrılmaq ehtimalını gözə alaraq atır.
Xəbərdə sualtı qayıqların İngiltərəyə, daha doğrusu Plimut şəhərinin yanındakı Devenport limanına köçürə biləcəyi qeyd olunub. Krallığın Birləşmiş müdafiə araşdırmaları institutunun təsbitlərinə görə, yeni dislokasiya Böyük Britaniya büdcəsinə 3-4 milyard funt-sterlinqə başa gələ bilər.
İkinci variant silahların müttəfiq ölkələrin ərazisinə yerləşdiriməsidir. Bunlardan biri ABŞ-ın Corciya ştatında Kinqs-Bey dəniz bazası və ya Fransanın Brest liman şəhəri yaxınlığında İl-Lonq yarımadasındakı atom sualtıları bazası ola bilər. Qaynaqların bildirdiyinə əsasən, bu qərar ucuz başa gəlsə də, dövlətin müdafiə suverenliyinə xələl gətirə bilər.
Üçüncü variant isə Böyük Britaniyanın Şotlandiyadakı Fasleyn və Kulportda olan hərbi-dəniz bazalarının Cəbəllütariqə köçürlüməsindən ibarətdir.
Böyük Britaniya Müdafiə nazirliyi bununla bağlı bütün xəbərləri inkar edərək, belə bir ehtimalın olmadığını bildirib./mənbə - Musavat.com/
Oxşar xəbərlər