Demokratik TV
Xəbər lenti
Kəbə tarixində İLK: Zəvvarlara onlar xidmət edəcək
- 19 iyul 2021, 10:10
Səudiyyə Ərəbistanı Həcc ziyarətində olan zəvvarların təhlükəsizliyini təmin etmək və onları istiqamətləndirmək üçün 2 robotun istifadəyə verildiyini açıqlayıb.
Demokratik.Az "Ölkə.az"a istinadən xəbər verir ki, 3G texnologiyası ilə işləyən, ekranı, kamerası və mikrofonu olan "şəxsi robot" zəvvarlar arasında gəzmək, onları yönləndirmək və suallarını cavablandırmaq qabiliyyətinə malikdir.
"Təhlükəsizlik robotu"nun temperaturu ölçəcəyi, insanların maska taxmasına nəzarət edəcəyi və ərazidə davamlı dezinfeksiya işləri aparacağı qeyd edilib.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi iyunun 12-də xaricdən heç kəsin Həcc ziyarətinə qəbul olunmayacağını, ancaq ölkə daxilində xroniki xəstəlikləri olmayan, 18-65 yaş arasında olan 60 min şəxs üçün icazə veriləcəyini açıqlayıb.
Qeyd edək ki, COVID-19 səbəbindən Səudiyyə Ərəbistanı ötən il yalnız ölkə daxilindən məhdud sayda zəvvar qəbul edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Həccə gedənlərə EDAM CƏZASI-xəbərdarlıq
Həcc ziyarəti ləgv oluna bilərmi?
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə başladı
Bu il Həccə daha çox zəvvar gedə biləcək
Yəməndən Məkkəyə raket atdılar, Səudiyyə zərərsizləşdirdi
Həcc ziyarətinə getmək üçün 200 boş yer qalıb
QMİ Həccə yollanacaq zəvvarlar üçün kurs açıb
Zəvvarların ilk qrupu Həcc ziyarətindən qayıdıb
Həcc ziyarətinin təşkili ləngiyir
Özbəkistanda Həcc ziyarətinə təkrar getmək qadağan edilib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti