İdlib vuruldu: Ölənlər var

  • 17 iyul 2021, 22:27
Suriyadakı rejimin başçısı Bəşşar Əsədin silahlıları və İranın dəstəklədiyi terrorçu qrupların İdlibin cənub-şərqində yerləşən Maarrtünnuman rayonunun Sərce kəndini “Yer-yer” tipli raketlərlə atəşə tutmaları nəticəsində ikisi uşaq olmaqla 6 dinc sakin ölüb, 6-sı isə yaralanıb.
Məlumatı “Anadolu” agentliyi yayıb.
Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Türkiyə, Rusiya və İran arasında Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən toplantıda İdlib və qonşu əyalətlərin (Lazkiya, Hama və Hələb) bəzi bölgələri, Humusun şimalı, ölkə paytaxtı Dəməşqin Şərqi Guta və Suriyanın cənub bölgələrindən (Dera və Kuneytra) “gərginliyi azaltma regionu” formalaşdırılıb.
Tərəflər həmin ərazidə atəşkəsə əməl olunacağına təminat veriblər.
Bəşşar Əsəd rejimi və Rusiya hərbçilərinin hücumları nəticəsində 2017-2020-ci illər ərzində həmin regionları 2 milyon dinc sakin tərk edərək Türkiyə sərhədinə yaxın bölgələrə köçüblər.
Oxşar xəbərlər