Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » İngiltərədə COVİD-19-la bağlı bütün məhdudiyyətləri aradan qaldırılacaq
İngiltərədə COVİD-19-la bağlı bütün məhdudiyyətləri aradan qaldırılacaq
- 06 iyul 2021, 09:18

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniyanın Baş naziri Boris Conson bu gün keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir vurğulayıb ki, həmin tarixdən tibbi maskaların istifadəsi məcburi olmayacaq, nəqliyyatda və restoranlarda, həmçinin, digər qapalı məkanlarda tətbiq olunan bir metrlik sosial məsafə də ləğv olunacaq: “Konsertlər, teatrlar və idman tədbirlərində mövcud olan tutum həddi aradan qaldırılacaq. Eyni zamanda, bir ildən çoxdur bağlı olan gecə klubları öz fəaliyyətlərini bərpa edə biləcək”.
Boris Conson bildirib ki, heç şübhəsiz, koronavirus infeksiyası iyulun 19-da bitməyəcək. O, günlük koronavirusa yoluxma sayının artdığını, bunun 19 iyula qədər günlük 50.000-ə çata biləcəyini də qeyd edib: "Lakin biz dürüst olmalıyıq. Əgər cəmiyyəti önümüzdəki bir neçə həftədə aça bilmiriksə, biz normala nə vaxt qayıda biləcəyik?".
Baş nazir hökumətin vaksinlə bağlı hədəflərini yerinə yetirmək üçün əlindən gələni etdiyini və bu vaksinlərin effektiv olduğunu da deyib.
APA

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Britaniyanın Baş naziri koronavirusa görə xəstəxanaya yerləşdirildi
Yaşı 65-dən yuxarı şəxslərə qadağa mayın 11-də götürülə bilər
Dubay hökuməti yeni məhdudiyyətlər tətbiq etdi
Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb
Koronavirus pandemiyası nə vaxt bitəcək? - ELMİ RƏY
Boris Conson: Böyük Britaniya NATO-ya möhkəm bağlıdır
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Makron, Conson və Ruhani arasında görüş olub
RAYONLARA GEDİŞ-GƏLİŞ AÇILDI VƏ...
Koronavirusa yoluxanların sayı artır - sərt karantin tətbiq edilə bilər
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti