İraqda enerji infrastrukturuna hücum olub: ölənlər var

  • 04 iyul 2021, 11:14
İraqda son illərdə ölkənin enerji infrastrukturuna hücumların artması nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
 
Bu barədə TASS xəbər yayıb. Yerli hökumət aparatının yayımladığı bəyanatda deyilib.
 Bildirilib ki, ölkənin enerji infrastrukturuna qarşı artan təxribatlar zamanı 61 əsas elektrik xətti məhv edilib.
 
Qeyd edək ki, şənbə günü yaraqlılar əvvəlcə İraqın şimalında Mosul və Kərkük şəhərləri yaxınlığında elektrik xətlərinin hissələrini partladıblar, daha sonra qərbdəki Ənbar əyalətindəki iki elektrik ötürücü dirəyini dağıdıblar.
 
Cümə günü isə enerji infrastrukturuna hücumların artması və istilərdə elektrik enerjisinin kəsilməsi səbəbindən ölkə səlahiyyətliləri müxtəlif bölgələrdə elektrik istehlakının məhdudlaşdırılması və elektrik xətlərinin təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər görüb.
Oxşar xəbərlər