Mübariz Mənsimovun ev dustaqlığı ləğv edilib

  • 29 iyun 2021, 19:38
Azərbaycanlı iş adamının ev dustaqlığı ləğv edilib, lakin ona İstanbulu tərk etməmək şərti qoyulub.
Azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Palmali Holding"in mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva öz "Facebook" səhifəsində paylaşıb.
Qeyd edək ki, martın 5-i azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, martın 3-də İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunmuşdu:
"Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".
Bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və martın 5-dək təxirə salınmışdı.
İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılmışdı. Mənsimov Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlanılmışdı.

Read more: https://sputnik.az/news/20210629/427342681/Mbariz-Mnsimov-n-nvbti-snaq.html
Oxşar xəbərlər