Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » Ümumdünya Səhiyyə Təşkilatı: Dünya yeni pandemiyaya hazırlaşmalıdır
Ümumdünya Səhiyyə Təşkilatı: Dünya yeni pandemiyaya hazırlaşmalıdır
- 29 iyun 2021, 10:13
Dünya ictimaiyyəti koronavirusun indiki pandemiya dərslərindən ibrət götürməli, yeni epidemiyalara və pandemiyalara hazırlaşmalıdır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Biz hamımız pandemiyanın dərslərindən nəticə çıxarmalıyıq”, - deyə o əlavə edib. ÜST rəhbəri vurğulayıb ki, yeni epidemiyalara və pandemiyalara hazırlıq, onların qarşısını alması, üzə çıxarılması və pandemiyalara ümumi səhiyyə xidmətləri və güclü ilkin tibbi yardım əsasında reaksiya vermək üçün hər şeyi etmək lazımdır.
COVID-19 pandemiyasından danışan Qebreyesus diqqəti yüksək və aşağı gəlirli ölkələr arasındakı fərqi artıran peyvənd bərabərsizliklərinə və vaksin millətçiliyinə cəlb edib. Onun sözlərinə görə, hazırda koronavirusa qarşı peyvəndlər 77 % -i dünyanın yalnız 10 ölkəsində edilir. Eyni zamanda, az gəlirli ölkələrin əksəriyyəti hələ də ən həssas və risk altındakı əhaliyə çatacaq qədər peyvəndə malik deyillər.
"Əgər ölkələr dərhal peyvəndləri COVAX mexanizmi ilə paylaşsalar və istehsalçılar COVAX sifarişlərinə üstünlük versələr, onda sentyabr ayına qədər hər ölkənin əhalisinin azı 10 %-ni və ilin sonuna qədər isə azı 40 %-ni peyvənd edə bilərik", - ÜST rəhbəri deyib.
O, xatırladıb ki, sentyabr ayına qədər əlavə olaraq 250 milyon doza peyvənd tapmaq lazımdır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Pandemiyanın ikinci ili daha təhlükəli ola bilər - ÜST-dən XƏBƏRDARLIQ
ÜST-dən korona ilə bağlı etiraf: "Çox şeyi bilmirik"
ÜST koronavirusun BİTƏCƏYİ TARİXİ açıqladı
ÜST-nin Baş direktoru Azərbaycan Prezidentinə təşəkkür edib
ÜST koronavirusa qarşı 4 dərmanın testlərinə başlayır
İsraildə koronavirusa yoluxanların sayı səkkiz mini ötdü
Tramp Ümumdünya Səhiyyə Təşkilatına ultimatum verdi
ÜST-dən koronavirusun ən təhlükəli ştammı ilə bağlı XƏBƏRDARLIQ
COVID-19-un mutasiyası davam edəcək - ÜST
ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti