“17-ci İpək Yolu” mükafatları sahiblərinə təqdim olundu - FOTOLAR

  • 27 iyun 2021, 23:13

TÜRK DÜNYASININ UĞURLU SİMALARI İSTANBULDA GÖRÜŞDÜ

İstanbulda Beynəlxalq Türksoyla “İpək Yolu” Dərgisi və İpək Yolu Strateji Araşdırmalar Mərkəzi tərəfindən “İpək Yolu” mükafatlandırma mərasimi baş tutub.
Türk dünyasının tanınmış araşdırmaçı jurnalisti Seyfullah Türksoyun rəhbərliyi ilə 17-ci dəfə reallaşan mərasimdə diplomatiya, siyasət, sənət, biznes, media və elm dünyasının əhəmiyyətli simaları bir araya gəlib.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Şimali Kipr Türk cümhuriyyətinin Prezidenti Ersin Tatarın təbrik məktubları oxunub.
Təltifetmə mərasimində Özbəkistanın Ankaradakı səfiri Alişar Ağzamhocayev, Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuly, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın millət vəkili, şair Sabir Rüstəmxanlı, moldovalı millət vəkili İvanna Koksal, makedoniyalı millət vəkili Dr. İlyas Beycan, Mərmərə Qrup Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver, Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının sədri Tamer Atalay, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının rəhbəri Mehmet Mutlu, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) sədr köməkçisi Kamal Kurnaz və Ukrayna Cerkas Dövlət Universitetinin müəllimi, professor Aydın Novruzoğlu "Türk Dünyasına Xidmət” mükafatına layiq görülüb.
"Sənətə Xidmət" və "Uğur” mükafatına layiq görülənlər isə aşağıdakılardır:

Ramazan Uğural - Türk İnkişaf Şirkətinin İdarə heyəti Başçısı - Ukraynada ilin iş adamı Mükafatı;
Aybek Osmonov - Qırğızıstan İhlas Holdinqin rəhbəri - Qırğızıstanda İlin İş adamı Mükafatı;
Dr. Ali Baklan - Baktat Şirkətlər Qrupunun sədri - Özbəkistanda ilin iş adamı Mükafatı;
Sergey Chornomorets - Türk İnkişafının Baş Meneceri - İlin Meneceri Mükafatı;
Yavuz Uğurlu - Yeşil Ilgaz Kozmetik Sənayesi Başçısı - İnvestisiya Mükafatı;
Furqan Babayev - Network Marketingin rəhbəri - İlin Uğurlu Gənc İş adamı Mükafatı;
Kahraman Kara - Umka Otel İdarəetmə və Turizm rəhbəri - Turizm Təşviq Mükafatı;
Özgür Alp - DAD Şirkətlər Qrupunun Başçısı - İnvestisiya Təşviqi Mükafatı.
Yayım həyatına yeni başlayan “Polemic News” isə "İlin Ən Yaxşı Media Təşkilatı" mükafatına layiq görülüb.
Müxtəlif ölkələrdən çox sayda qonağın qatıldığı mərasimdə çıxış edən İpək Yolu Strateji Araşdırmalar Mərkəzinin sədri Seyfullah Türksoy hər il olduğu kimi bu il də dəyərli və müvəffəqiyyətli insanları bir araya gətirməkdən məmnunluğunu ifadə edib.
Musavat.com









Oxşar xəbərlər