ÜST-dən koronavirusun ən təhlükəli ştammı ilə bağlı XƏBƏRDARLIQ

  • 23 iyun 2021, 11:01
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun Hindistan ştammının delta variantını COVID-19-un fərqli ştammları arasında ən ölümcül olduğunu elan edib.
Xarici KİV xəbər verir ki, AstraZeneca vaksinini hazırlayan Oksford Universiteti onun Hindistan ştammının delta və kappa variantlarına qarşı effektiv olduğunu söyləyib.
Təcrübələr zamanı AstraZeneca-nın koronavirusun Hindistan ştammının hər iki variantını neytrallaşdırdığını müəyyən edib. Neytrallaşma COVID-19-un alfa (Britaniya) və qamma (Braziliya) ştammlarının neytrallaşdırılması ilə oxşar olub.
Ötən gün Britaniyanın İctimai Səhiyyə Xidməti Pfizer və AstraZeneca vaksinlərinin delta variantına qarşı effektivlik dərəcəsi 90%-i keçib.
Delta variantı koronavirusun qlobal dominant versiyasına çevrilir. Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un bu versiyasını ən sürətlə yayılan və ölümcül versiyası hesab edir.
Oxşar xəbərlər