SİPRİ: “Dünyada nüvə arsenalı azalmaq əvəzinə daha da artıb”

  • 14 iyun 2021, 14:43
“Nüvə dövlətləri 2020-ci ildə öz arsenallarını daha da artırıblar”.

Bu barədə Stokholm beynəlxalq təhlükəsizlik və tərksilah institutunun (SİPRİ) yeni məruzəsində deyilib.

“Edilən dəyərləndirmələrə görə, hazırda operativ güclərlə birlikdə nüvə başlıqlı raketlərin sayı 3825 ədəd yüksəlib. Ötən il bu rəqəm 3720 ədəd təşkil edirdi”,-deyə sənəddə bildirilir.

“2021-ci ilin əvvəlinə qədər verilən məlumata əsasən, doqquz nüvə dövləti-ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və KXDR ümumilikdə 13080 nüvə raketinə sahibdir”,-deyə məruzədə göstərilir.

Döyüş hazırlığı vəziyyətinə gətirilmiş 2 minə yaxın raketin demək olar hamısı ABŞ və ya Rusiyaya məxsusdur. Araşdırmaçılar son illərdə hər iki ölkənin nüvə arsenalında azalmaya getdiklərini qeyd etsələr də, hər il döyüşə hazır qurğularını 50 ədəd artırdıqlarını bildirirlər.

Məsələn Rusiya qitələrarası ballistik raketlər və dənizdə yerləşdirilən ballistik raketlərin sayını 180 ədəd artırıb.

Beynəlxalq ekspertlər bu səbəbdən Co Bayden tərəfindən SSM-3 sazişinin uzadılmasının olduqca əhəmiyyətli olduğunu vurğulayırlar.
Musavat.com
Oxşar xəbərlər