Keçmiş Pentaqon əməkdaşı: “UNO-lar ABŞ-ın nüvə obyektlərinə dəfələrlə hücum edib”

  • 10 iyun 2021, 22:34
Uzun illər ABŞ Müdafiə Nazirliyində çalışan Luis Elizondo uçan naməlum obyektlərlə (UNO) bağlı “Washington Post”a maraqlı açıqlamalar verib.
Pentaqonun qabaqcıl hava təhdidlərinin müəyyənləşdiriləsi proqramının keçmiş rəhbəri bildirib ki, indiyədək ABŞ-da UNO-ların (Uçan Naməlum Obyektlər) müdaxiləsi nəticəsində nüvə obyektlərinin fəaliyyətində ciddi problemlər baş verib.
“UNO-ların bəzi ölkələrdə nüvə texnologiyalarına müdaxilə etməsi, onları inkişaf etdirərək aktivləşdirməsi barədə kifayət qədər məlumatlarımız var”, - deyə o bəyan edib.
Qeyd edək ki, yaxın zamanda Pentaqonun UNO-larla bağlı Konqresə hesabat təqdim edəcəyi gözlənir.
(oxu.az)
Oxşar xəbərlər