Bayden Trampın qərarlarını ləğv etdi - “TikTok” ilə “WeChat” yenidən açıldı

  • 09 iyun 2021, 21:40
ABŞ prezidenti Co Bayden “TikTok” və “WeChat” tətbiqlərinin ölkə ərazisində bağlanmasına dair sələfi Donald Trampın imzaladığı müvafiq fərmanları ləğv edib.
“Report” “Deadline”-a istinadən xəbər verir ki, bununla yanaşı, Ağ Ev Çinin nəzarət etdiyi həmin tətbiqləri milli təhlükəsizliyə təhdid olaraq gördüyünü də açıqlayıb. Belə ki, prezident C.Baydenin fərmanında həmin tətbiqlər vasitəsilə fərdi məlumatların toplana biləcəyilə bağlı mümkün təhlükə qeyd olunub.
Fərmanda federal hökumətə milli təhlükəsizlik, xarici siyasət, iqtisadi hədəflər, o cümlədən Amerikanın başlıca dəyərləri və təməl azadlıqları baxımından hər hansı risk olub-olmadığını araşdırmaq çağırışı yer alıb.
Xatırladaq ki, ötən yay prezident Tramp ölkənin internet provayderlərinə hostinq servislərində adıçəkilən mobil tətbiqləri açmağı qadağan edən fərman imzalamışdı. Lakin federal məhkəmə bu fərmanın qüvvəyə minməsini dayandırmışdı.
Oxşar xəbərlər