“Focus”: “Rusiyanın Almaniyada 200 məxfi agenti fəaliyyət göstərir”

  • 04 iyun 2021, 14:58
“Rusiyanın 200-dən çox agenti “diplomatik toxunulmazlıq zirehi”nə girərək Almaniyada casusluq fəaliyyəti ilə məşğuldur”.
Bu barədə Almaniyanın “Focus” analitik jurnalının məqaləsində yazılıb.
Yazıda onların əsas fəaliyyət bölgələrinin Berlindəki səfirlik, Hamburq, Leypsiq, Frankfurt və Münhen olduğu bildirilir. Agentlər ələ alınmış informatorlar vasitəsilə Almaniya siyasəti, biznesi, ordusu, mediası haqqında xəbərləri Moskvaya ötürürlər.
Federal konstitusiyanın mühafizəsi idarəsi (əks-kəşfiyyat) toplanmış məlumatların öncə Berlindəki səfirlik və ya Hamburq şəhərindəki baş konsulluqda incələndiyini müəyyənləşdirib.
Agentlərin bir çoxunun diplomatik toxunulmazlıq statusu daşıması onları hüquqi təqibdən azad edir. Üstəlik, ruslar Almaniyanın federal idarələrindən başqa əyalətlərdə, yerli parlamentlərdə ciddi iş aparırlar.

“Olduqca yaxşı hazırlaşmış olmaları onların yaxalanmaq imkanlarını çətinləşdirir”,-deyə Böyük Britaniyanın “Mİ-6” məxfi xidmətinin (xarici kəşfiyyat) keçmiş direktoru Con Soers belə bir acı nəticəyə gəlib.

Onun sözlərinə görə Rusiyanın Avropadakı aqressiv casusluq fəaliyyətinin sadəcə 10 faizi Qərbin xüsusi xidmət orqanları tərəfindən nəzarət altına alına bilinib.
Oxşar xəbərlər