Xəbər lenti
Bütün xəbərlər

Afrika ölkəsində hərbçilər prezidenti devirdilər

  • 13 may 2015, 19:21

 

Dünyanın ən kasıb ölkəsi sayılan Burundidə hərbçi çevriliş baş verib.

Yayılan məlumatlara görə,hərbçilər bu şərqi Afrika ölkəsinin prezidenti Pyer Nkurunziza hakimiyyətdən salınıb.

Hərbçilər ölkə hakimiyyətinin milli xilas komitəsinə keçdiyini bəyan ediblər. Hərbi çevrilişə səbəb Burundi prezidentinin üçüncü dəfə seçilmək istəyi olub.

 Nkurunzizanın bu qərarı ölkədə kəskin etiraza səbəb olmuş, ixtisaslarla müşahidə olunmuşdu. 26 apreldən bu yana baş verən toqquşmalarda 20 nəfər həlak olub.
Oxşar xəbərlər