Jirinovski: "Almaniyanı məhv etmək lazım idi!"

  • 17 may 2021, 10:32
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Almaniyanın dövlət kimi məhv edilməsi fərziyyəsini irəli sürüb.
Axar.az xəbər verir ki, partiya lideri bu barədə “Komsomolskaya Pravda”ya açıqlamasında deyib.
“Almanlar dövlət kimi məhv etmək lazım idi. Onlar olmamalı idilər. I dünya müharibəsini başlatdılar və milyonlarla insan öldü. Bizi isə II dünya müharibəsində dünyanı xilas etdiyimiz üçün alçaldırlar”, - deyə Jirinovski bildirib.
Onun sözlərinə görə, inqilab baş verməsəydi, Rusiya hərbçiləri 1917-ci ilin noyabrından bəri Almaniyada dayanacaqdı.
Oxşar xəbərlər