Xəbər lenti
Bütün xəbərlər

Çin Lukaşenkoya pul ayırır

  • 12 may 2015, 20:27

Çin bu aydan başlayaraq Belarusa 7 milyard dollarlıq kredit xətti açır.

Bu barədə Belarusun iqtisadiyyat naziri Uladzimer Zinouski bildirib.

O deyib ki, kreditin 3 milyard dolları aşağı faizlə ayrılacaq, 4 milyard dollar isə Belarus banklarına kommersiya layihələrinin maliyyələşdirilməsi üçün veriləcək. 130 milyon dollar humanitar layihələr üçün nəzərdə tutulub.

Nazir kreditin qaytarılma müddəti barədə heç nə deməyib.

Xatırladaq ki, Çin Xalq respublikasının sədri Tsi Tzinpinqin mayın 10-da Minskə üçgünlük səfəir başlayıb.

Demokratik.Az