Putin paradda “един” əvəzinə “один” dedi, ara qarışdı - VİDEO

  • 11 may 2021, 00:51

Britaniyanın “Daily Mail” nəşri yazır ki, həmin ifadə Vladimir Putinin çıxışının mətninin orijinal versiyasında fərqlidir

Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı Moskvadakı hərbi paradda Rusiya prezidenti Vladimir Putinin bir sözü həm ölkəsində, həm də onun sərhədlərindən kənarda ciddi reaksiya doğurub, ən müxtəlif şərhlərə yol açıb.(Yazıda təqdim edilən videonun 2-ci dəqiqəsində baxa bilərsiz).  
Mayın 9-dakı çıxışında Putinin ciddi reaksiya doğuran cümləsinin rus dilində mətnini təqdim edirik. "В самое трудное время войны, в решающих сражениях, определивших исход борьбы с фашизмом, наш народ был один, один на многотрудном, героическом и жертвенном пути к Победе".  Rusiya prezidenti “наш народ был один” deyil, “наш народ был един” deməli imiş. Amma Putinin “birlik” ifadə edən söz əvəzinə “tək” ifadəsinə işlədib ki, bu da ciddi reaksiya doğurub. Rusiyanın faşizm üzərində qələbədə rus xalqının şəriki olmadığı anlamına gələn bu ifadə Putinin təkcə SSRİ-nin digər xalqlarının deyil, Qərb müttəfiqlərinin də xidmətlərini nəzərə almadığı təəssüratı yaradıb. 


Məsələn, Britaniyanın “Daily Mail” yazır ki, həmin ifadə Vladimir Putinin nitqinin mətninin orijinal versiyasında fərqlidir. İngilis nəşri Putinin bu yanlışı bilərəkdən etməsindən şübhələnir. Nəşrin müəllifləri bildirirlər ki, əvvəlcə, Vladimir Putin faşizmə qarşı mübarizə zamanı sovet xalqının birliyini qeyd etməli idi. “Ancaq son anda Prezident öz iradəsi ilə "birliyi" sözünü "bir" ilə əvəz etmək qərarına gəlib” deyə, nəşr yazır.  
Rusiya prezidentinin ifadəsi İngiltərə sosial şəbəkələrində də qızğın müzakirələr yaradıb. Bir çoxları Sovet İttifaqının əslində, faşizimlə mübarizəyə həlledici töhfə verdiyini qeyd edirlər. "Bağışlayın, vətənpərvərlər! Amma haqlıdır. Eyni düşmənlə mübarizə apardıq. Rusiya tək vuruşdu və müharibənin bir hissəsini qazandı. Bunu çoxu bəyənməyə bilər, amma həqiqətdir" deyə, istifadəçilərdən biri yazıb. 
Amma fərqli mövqelərdə var: "Şübhəsiz ki, Putin bunu bir nömrəli yalançı Trampdan öyrənib. Əgər SSRİ-yə maddi-texniki dəstək verməsəydik, yəqin ki, məğlub olardılar. Bu, rus xalqının qəhrəmanlığını kölgələmək üçün deyildi. Qələbə üçün müharibədə ortaq  səy göstərildi. İngilislər də müharibədə bu cür cəsarət göstərməsəydi, Almaniya onları məğlub edərdi. Çörçil(müharibə zamanı İngiltərənin baş naziri olub-red) görkəmli bir siyasətçi  idi”
"Əminəm ki, Rusiya böyük səylər göstərməsə, müharibənin nəticəsi fərqli olacaqdı. Amerikalılar son anda sıçrayaraq hamını xilas etdiyini söylədilər. Sovetlərdə milyonlarla insan həyatını itirdi. Rus xalqı öz töhfələrini və qurbanlarını xatırlamalı və qürur duymalıdır “kimi mövqelər də var. 
Tanınmış politoloq Qleb Povlovski isə Putinin bu ifadəsindən uzaqgedən nəticələr çıxarıb.(azpolitika.info)  
Pavlovski Putinin “tək” sözünə xüsusi diqqət yetirilməli olduğunu deyib. Onun fikrincə, bununla Putin bir növ özünün tək, müttəfiqsiz qaldığını etiraf edib: “Tək o özüdür. O, özünü sonuncu, atılmış, tənha hiss edir. Və əlbəttə ki, onun üçün yalnız İmaməli Rahmonla parad qəbul etmək alçaldıcıdır. O, özünü atılmış, satılmış, düşmənlərlə mühasirəyə alınmış kimi hiss edir. Onun müttəfiqləri yoxdur. Hətta Stalin 1941-ci ilin noyabr paradındakı çıxışında Rusiyanın vətəndaş müharibəsilə bu müharibədəki vəziyyətini fərqləndirərək deyirdi ki, bizim indi müttəfiqlərimiz var. Putininsə müttəfiqləri yoxdur. O, özü haqda danışırdı və bu, veteranlar yox, şəxsən onun özü üçün keçirilən parad idi.”
Kreml hələ bu iddialara cavab verməyib. 
Orxan Əliyev,
Musavat.com
Oxşar xəbərlər