“Rusiya və ÇXR ABŞ peyklərini vura bilər” - ABŞ generalı

  • 02 may 2021, 21:55
Rusiya və Çin Yer orbitində olan Amerika peyklərini sıradan çıxara və onları məhv edə biləcək silahlar işləyib hazırlaya bilərlər.
Bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Kosmik qüvvələrinin komandanı, hərbi-hava qüvvələri (HHQ) generalı Con Reymond «The Washington Post» qəzetinə verdiyi onlayn-müsahibə zamanı bəyan edib.
«Aydındır ki, kosmos - hava, yer və dəniz kimi döyüş aparılan sahədir və son bir neçə ildə burada materiallaşanlar bizim üçün əsas təhdidlərdir. Nədən ki, həm Çin və həm də Rusiya bizim peyklərimizi sıradan çıxara biləcək silahlar hazırlayıblar - ya kosmosda, ya da kiberməkan üzərindən» - general təsdiqləyib.
Onun sözlərinə görə, ABŞ Kosmik qüvvələrinin məqsədi bu hücumlarn yavaşıllmasından ibarətdir.
«Ona görə də biz, hesab edirik ki, kosmos - döyüş əməliyyatlarının aparıldığı sahədir. Bizim hədəfimiz isə ondan ibarətdir ki, kosmosda başlana və genişlənə biləcək münaqişələrə cəlb olunmayaq. Bizim məqsədimiz ondan ibarətdir ki, buna yol verməyək, bunun üçün isə mənim nəzərimcə, güc nöqteyi-nəzərindən çıxış etmək, rəqibləri və düşmənləri yavaşıtmaq üsullarını dəyişmək lazımdır.
Bu isə ya mənfəətdən məhrum edilmək və ya xərclərlə yükləməkdən ibarətdir. Bizim məqsədimiz bu münaqişəni yavaşıtmaqdan ibarətdir. Biz, kosmosda başlanacaq və ya genişlənəcək münaişəyə cəlb olunmaq istəmirik. Biz, bu sahəni hamı üçün təhlükəsiz vəziyyətdə saxlamaq istəyirik» - Reymond bəyan edib.
General həm də danışıb ki, ABŞ Kosmik qüvvələri kosmosda 30 minə yaxın obyekti izləyir və kosmik zibil də məhz onlardan ibarətdir. Onun versiyasına görə, problemin həlli yollarından biri də «ilk növbədə belə zibilin yaradılmasının qarşısını almaqdan ibarətdir».
Oxşar xəbərlər