Zimbabvedə hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

  • 24 apr 2021, 11:17
Zimbabvenin Şərqi Maşonalend əyalətində ölkənin hərbi hava qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
APA “iHarare” portalına istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi hava qüvvələri məlumat yayıb.
“Helikopter bir evə çırpılıb və təəssüf ki, nəticədə iki pilot və bir texnik, eyni zamanda yerdə bir uşaq dünyasını dəyişib, başqa bir qız və anası yanıq xəsarəti ilə Parirenyatva adına xəstəxanasına aparılıb”, - məlumatda belə deyilir.
Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.
Oxşar xəbərlər