Xəbər lenti
Bütün xəbərlər

Polşada prezident seçkiləridir

  • 10 may 2015, 19:45
Polşada bazar günü prezident seçkiləri çərçivəsində səsvermə başlayıb.

ANS PRESS-in məlumatıan görə, ictimai rəy sorğularına əsasən qələbə çalmaq şansı hazırkı prezident Bronislav Komorovskidə daha yüksəkdir.

Son rəy sorğularında seçicilərin 35 faizi Komorovskiyə səs vermək arzusunda olduğunu bildirib.

Hazırkı prezidentin əsas rəqibi "Qanun və ədalət" adlı müxalifət partiyasının namizədi Anjey Dudadır: rəy sorğuları onun reytinqinin 27 faiz olduğunu göstərib.

Üçüncü yerdə rok-musiqiçi Pavel Kukizdir, rəy sorğuları onun reytinqin 15 faiz olduğunu güman etməyə əsas verir.

Seçkilərdə namizədlərdən heç biri səslərin 50 faizni toplaya bilməsə, mayın 24-də seçkilərin ikinci turu keçiriləcək.
Oxşar xəbərlər