Gürcüstanda pandemiyanın üçüncü dalğası gözlənilir

  • 23 mart 2021, 20:09
"Gürcüstanda koronavirus pandemiyasının üçüncü dalğası gözlənilir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze jurnalistlərə açıqlamasında deyib.
Nazir məhdudiyyətlərin yenidən tətbiq olunacağını istisna etməyib: “Əminəm ki, tövsiyə və qaydalara riayət etmək üçün əhali arasında ictimai məsuliyyət var. Əhalimizin tövsiyələrə əməl edəcəyi halda üçüncü dalğanın qarşısını almaq mümkün olacaq”.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze isə öz növbəsində son günlər ölkədə epidemioloji vəziyyətin pisləşməsi tendensiyasının müşahidə olunduğunu bildirib.
Onun sözlərinə görə, tövsiyələrə əməl olunmasına nəzarətin sərtləşdirilməsinə ehtiyac var.
Oxşar xəbərlər