Demokratik TV
Xəbər lenti
Avropada daha bir peyvəndin tətbiqinə icazə verildi
- 12 mart 2021, 08:58
Avropa İttifaqı ölkələrində koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə icazə verilib.
Unikal.org xəbər verir ki, martın 11-də Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Johnson & Johnson“ şirkətinin istehsalı olan peyvəndin tətbiqini tövsiyə edib. Bunun ardınca Avropa Komissiyası peyvəndin istifadəsinə icazə verib.
“Johnson & Johnson“ şirkətinin istehsalı olan peyvəndin digərlərindən fərqli xüsusiyyəti onun istifadə dozasının cəmi bir komponentdən ibarət olmasında və adi məişət soyuducularında belə saxlana bilməsindədir.
ABŞ-da iki həftə bundan əvvəl istifadəsinə icazə verilən peyvəndin Avropa ölkələrinə çatdırılması hələ bir neçə həftə çəkəcək.
Qeyd edək ki, Avropa İttifaqı şirkətə ümumilikdə 200 milyon doza peyvənd sifariş verib, onların 55 milyonu bu ilin ikinci rübü ərzində istehsalçı tərəfindən müvafiq ölkələrə çatdırılmalıdır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Koronavirusa qarşı peyvənd hazırlanıb
Çin koronavirusa qarşı peyvəndini uğurla sınaqdan keçirdi
Putin “Qlobal Peyvənd Sammiti 2020”də iştirak etməyəcək
ÜST-dən çağırış! "Planetin 70 faiz əhalisi peyvənd olunmalıdır"
Qriplə bağlı rəsmi AÇIQLAMA
“Donuz qripi”nə qarşı peyvənd işi aparılmayacaq - RƏSMİ
Adil Qeybulla da peyvənd olundu: "Xəfif iynə ağrısından başqa..."
Pompeo Belarusa xəbərdarlıq etdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti