Mübariz Mənsimova beş il cəza verildi

  • 06 mar 2021, 11:36
Azərbaycan əsilli türkiyəli biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə beş il müddətinə cəza verilib.
Oxu.Az-ın məlumatına görə, məhkəmə qərarı ilə o, bu müddəti ev dustaqlığında keçirəcək. Qərara əsasən Mənsimova elektron qolbaq taxılacaq və bu vasitə ilə onun hərəkətləri izlənəcək.

Qeyd edək ki, məhkəmədə Mənsimovun FETÖ terror təşkilatına qəsdən yardım etməsi barədə itihamedici hallar sübutlar kimi qiymətləndirilib.
Mübariz Mənsimov özü isə ilk başdan həbsini əsassız adlandırır və "FETÖ" ilə heç bir əlaqəsinin olmadığını bildirir.
Oxşar xəbərlər