Britaniyada son sutkada 215 nəfər koronavirusdan həyatını itirib

  • 21 fev 2021, 23:53
Böyük Britaniyada son sutka ərzində 9834 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 115 509 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 215 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 120 580 nəfərə çatıb.
Oxşar xəbərlər