Elşad Abdullayev ABU-nun Moskva filialının əmlakını erməni diasporasına satmaq istədi

  • 13 fev 2021, 23:47
Azərbaycan Təhsil nazirliyi isə əmlaka yiyə durmaq istəmir (?!)
Demokratik.Az elektron poçt ünvanına daxil olan məlumata əsasən bildirir ki, 2007-ci ildə Azərbaycan Beynəlxalq Univeristetinin (Hazırda fəaliyyəti dayandırılıb) rektoru Elşad Abdullayev (hazırda Azərbaycandan qaçaraq Fransa dövlətində yaşayır) o Rusiya federasiyasının paytaxtı Moskva şəhərində ABU-nin Moskava filalını yaratmaq məqsdi ilə, o dövrdə Təhsil naziri olan Misir Mərdanovun imzası ilə linsenziya əldə etməyi bacarıq.
Eyni zamanda Elşad Abdulayev öz adına torpaq sahəsi alır və univeristeti inşaa edir.Ancaq Elşad Abdullayevuniveristetin binasın özəlləşdirmir və binanı özəlləşdirəcəyi təqdirdə,gələcəkdə əmlakın Azərbaycan dövlətinə keçə biləcəyindən qorxur.
Amma 2012-ci ildə Azərbaycanda BU-in bağlanması, müxtəlif cinayyət əməlləri törətməkdə və vergidən yayınma ilə bağlı haqında cinayət işinin başlanan rektor Elşad Abdullayevin ölkədən qaçaraq Fransaya sığınmasından sonra,BU-in Moskva filalı da bağlanır. Moskva filalının bağlanmasının digər bir tərəfi isə Elşad Abdullayevin təkcə beynəlxalq axtarışa Azərbaycanın deyil,Çexiya və Ukraynanında verməsi səbəb olur. Dəfələrlə Rusiya Feerasiyasının müvafiq orqanları,eyni zamanda Moskavadakı Azərbaycan diasporası,Moskvadakı vətənpərvər soydaşlarımız,Azərbaycanın Daxili İşlər,Təhsil və digər orqanlarına bu əmlaka sahib çıxılması ilə bağlı mütəmadi müraciətlər edirlər,məktublar göndərirlər.Amma gəl ki,Azərbaycan 2012-ci ildən bu günə kimi bu əmlaka sahib çıxmaq istəmir. Misir Mərdanovdan sonra,TN-nin kreslosuna əyləşmiş şəxslər isə "Bu biizm vaxtımızda olmadığından,nəsə etməyə çəkinirik”-deyərək yaxalarını kənara çəkməkdədirlər.
Elşad AbdullayevBU-in Moskva flialının əmlakın erməniyə satmağa cəht etdi, amma bacarmadı...
Azərbaycanın Təhsil nazirliyi univeristetin əmlakına sahib çıxmaq yerinə onu taleyin ümidinə buraxmasından ustufadə edn Elşad Abdullayev oğlu Elşən Abdullayev vasitəsi ilə əmlakı satmaq üçün elan verir və bu elana ilş müştəri Rusiya Federasiyasındakı erməni diasporası olur. Elşən Abdullayev 60 milyon dollara satdığını,erməni diasporası isə 55 milyon dollara bu əmlakı almağa hazır olduğun bəyan edirlər.Amma tərəflər razılığa gələ bilməsələr də,yenidən qiymətdə razılaşmaq üçün masaya oturmağa hazırlaşır.
Elşad Abdullayevin BU-in Moskva flialının əmlakını erməni disporasına satmağa hazırlaşdığı xəbərin alan soydaşlarımız müfafiq orqanlara müraciət etdikdən sonra,əmlakın satılmasının qarşısı alınır və əmlakın sahibi kimi sənədlərdə tanınan Azərbaycan Respublikasının Təhsil nazirliyinə müraciət edilir.Məlumata görə Rusiya tərəfi Azərbaycana 10 gün müddətində yeni bir müqavilənin bağlanmayacağı təqdirdə,BU-in Moskva flialının 3500 kv.m sahəyə malik binasının sökülcəyini bəyan edib.Amma maraqlıdır ki,verilən vaxtın bitməsinə bir neç gün qalmasına baxmayaraq Azərbaycan tərəfindn hansısa bir açıqlama və yaxut cavab Moskvaya göndərilməyib.
Prokurorluğun məlumatına görə, əməliyyatlar Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində keçirilirdi. E.Abdullayev və mərkəzin baş həkimi Dilarə İsmayılovaya qarşı CM-in 137.3-cü (insan orqanlarının və ya toxumalarının alış-satışı) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
Bakının Nəsimi rayon məhkəməsi Abdullayevi qiyabi olaraq həbsə məhkum edib və barəsində beynəlxalq axtarış elan edib. (qafqazinfo)
Fransa polisi Elşad Abdullayevin Avropada qanunsuz fəaliyyəti haqqında məlumata malik olan şəxslərdən 30 Rue Antoine-Julien Hénard, 75012 Paris, France, igpn-signalement@interieur.gouv.fr ünvanına məlumat vermələrini xahiş edir.
(Demokratik.az-dan: Material Rusiyada yaşayan həmyerlimiz Rzayev Fuad Firuddin oğlunun müraciəti və məlumatları əsasında yayımlanır) 
Oxşar xəbərlər