Köçəryan Moskvaya gedir

  • 02 fev 2021, 16:38
Ermənistan məhkəməsi keçmiş prezident Robert Köçəryanın ölkədən kənara çıxmasına icazə verib.
“Report” TASS-a istinadən bildirir ki, Yerevan məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib.
Məlumata görə, sabiq dövlət başçısı fevralın 3-dən 8-dək ölkədən kənara çıxa biləcək. O, Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.
Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb. Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.
Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub və o, ötən ilin mayın 18-də girov qarşılığında azadlığa buraxılıb.
R.Köçəryanla yanaşı o dövrdə Ermənistan Müdafiə nazirinin müavini (2017-2018-ci illər arasında KTMT Baş katibi) Yuri Xaçaturov, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazirin müavini Armen Gevorkyankonstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.
Bu ilin yanvarın 19-da R.Köçəryanın və digərlərinin məhkəmə prosesi bərpa olunub
Oxşar xəbərlər