Ərdoğanla İlon Mask arasında telefon danışığı olub

  • 28 yan 2021, 08:57
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın “SpaceX” şirkətinin rəhbəri İlon Mask arasında telefon danışığı baş tutub. 
Bu barədə “Anadolu” informasiya agentliyi məlumat yayıb.
“Telefon danışığı zamanı müxtəlif sahələrdə, o cümlədən kosmik texnologiyalar sahəsində Türkiyənin dövlət qurumları və özəl sektorunu təmsil edən şirkətlərlə “SpaceX” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, cari ilin yanvar ayının 8-də “SpaceX” öz daşıyıcı raketi Falkon 9 vasitəsilə Türkiyənin Türksat 5A rabitə peykini orbitə çıxarıb.
Oxşar xəbərlər