Putin: “Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşir”

  • 25 yan 2021, 17:41
Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Tatyanin den” münasibəti ilə ali məktəb tələbələri ilə videokonfrans formatında keçirdiyi görüşündə bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusla bağlı vəziyyətin sabitləşməsi tətbiq olunmuş məhdudlaşdırılmaların aradan götürülməsinə imkan yaradır.
Qeyd edək ki, Rusiyada son sutka ərzində 19 290 nəfər COVİD-19 virusuna yoluxub. Bu göstərici ötən ilin noyabr ayından bu günə kimi qeydə alına ən az yoluxma halıdır.
Oxşar xəbərlər